Rusiyanın Sverdlovsk vilayətinə karantin zərərvericisi aşkar edilən xurma partiyası gətirilib. Ural Aralıqregional Rosselxoznadzor İdarəsinin mətbuat xidmətinin məlumatına görə, Yekaterinburqdakı meyvə-tərəvəz bazasında idxal olunan xurmaya baxış zamanı müfəttişlər Kaliforniya qalxanlı yastıcasının (şitovka) sürfəsini aşkar ediblər.
Lent.az yerli mediaya istinadla bildirir ki, Azərbaycandan gətirilən 21 tonluq partiyanın bir hissəsi yoluxmuş olub.
İdarədən bildirilib ki, karantin zərərvericisinin mövcudluğu Yekaterinburq FGBU ‘VNIIZJ’ filialı tərəfindən aparılmış laboratoriya ekspertizası ilə təsdiqlənib. Qalxanlı yastıcanın əsas yayılma yolu əkin materialı olduğundan və yoluxmuş meyvələrin ciddi təhlükə yaratmadığı nəzərə alınaraq, Rosselxoznadzor məhsulun satışına icazə verib.
Qurum həmçinin açıqlayıb ki, fitosanitar nəzarət zamanı mütəxəssislər laborator analiz üçün xurma nümunələri götürüblər. Araşdırma Avrasiya İqtisadi İttifaqının karantin obyektlərinə aid olan Kaliforniya qalxanlı yastıcasının sürfəsinin mövcudluğunu göstərib. Müfəttişlər partiya üzrə müşayiətedici sənədləri yoxlayıb və fitosanitar baxış aktı tərtib ediblər. Meyvələrin əkin materialı kimi istifadə olunmaması və yalnız qida məqsədi daşıması nəzərə alınaraq, onların satışına icazə verilib.
Kaliforniya qalxanlı yastıcası meyvə ağaclarını və kolları zədələyir, bitkiləri zəiflədir və məhsuldarlığın azalmasına səbəb ola bilər. Profil qurumların məlumatına görə, əsas risk zərərvericinin tinglər, qələmələr və digər əkin materialları vasitəsilə yayılması ilə bağlıdır.
Hadisələr