Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bir çox ölkədə "mutasiyaya uğramış qrip" kimi tanınan H3N2 virusunun yeni variantının sürətlə artması barədə xəbərdarlıq etib.
Lent.az xəbər verir ki, Qebreyesus mövzu ilə bağlı fikirlərini sosial mediada paylaşdı.
"Qlobal qrip aktivlik səviyyələri normal həddə olsa da, avqust ayından bəri ÜST bir çox ölkədə H3N2 qrip virusunun "K alt sinfi" adlanan növündə sürətli artım müşahidə edib. Məlumatlar xəstəliyin şiddətində artım göstərməsə də, H3N2 viruslarının bu alt sinfində əhəmiyyətli bir mutasiyaya işarə edir", - o deyib.
Qebreyesus peyvəndlərin, xüsusən də qrip ağırlaşmaları riski yüksək olan şəxslər və onlara qulluq edənlər üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.
virus