Şimali Koreya lideri Kim Çen In ölkənin "20 10" regional inkişaf siyasətinin bir hissəsi olaraq Çanqyonq qraflığında yerli sənaye obyektlərinin tamamlanması mərasimində iştirak edib.
"Report" xəbər verir ki, bu barədə "KCNA" xəbər agentliyi məlumat yayıb.
Qırmızı lenti kəsən Kim Çen In daha sonra yerli sakinlərlə görüşüb, onlara xoşbəxt gələcək arzulayıb. Şimali Koreya lideri yerli sənaye obyektlərini də gəzib.
O, periferiyanın müasirləşdirilməsinə və xalqın həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş "20 10" siyasətinin ikinci ilində mühüm nəticələrin əldə edildiyini və KXDR-də "yer üzündə mütləq sosialist cənnəti qurulacağını" qeyd edib.
"Regionların inkişafının əsaslarının möhkəmləndirilməsi, yerli sakinlərin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, bütün şəhər və rayonların firavan, özünü təmin edən rayonlara çevrilməsi partiyanın əziz arzusu və siyasətinin başlıca məqsədidir, - deyə In vurğulayıb.
Şimali Koreya lideri mərasimdə açılan fabrikin istehsal etdiyi məhsulların dadına baxıb və onların keyfiyyətindən məmnunluğunu bildirib.