IMG-LOGO

Tramp: Yaxın zamanda Rusiya-Ukrayna müharibəsini yekunlaşdırmaq şansı var

19 Dec 2025 01:13 5 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün tezliklə razılaşmaların əldə oluna biləcəyini ehtimal edib.

"Report" xəbər verir ki, o, bunu Ağ Evdə jurnalistlərə bildirib.

"Fox News"un yaydığı məlumata görə, Tramp bildirib ki, Ukrayna nizamlama məsələsində tələsməlidir. Onun fikrincə, Kiyev sülh prosesində ləng davranır:

"Mən dəfələrlə demişəm ki, səkkiz müharibəni həll etmişəm. Düşmənçilik və nifrət səbəbindən Ukraynada bunu etmək düşündüyümüzdən daha çətin oldu, lakin hələ də şansımız var, bəlkə də yaxın zamanda razılaşma əldə olunar".

Xəbər lenti