IMG-LOGO

"Napoli" İtaliya Superkubokunun finalında

19 Dec 2025 01:26 5 baxış
IMG

İtaliya Superkubokunun yarımfinalında "Napoli" "Milan"ı 2:0 hesabı ilə məğlub edib.

"Report"un məlumatına görə, turnir Səudiyyə Ərəbistanında keçirilib.

Qolları David Neres (39-cu dəqiqə) və Rasmus Heylun (63-cü) vurub.

"Napoli" ötən mövsüm İtaliya çempionluğunu qazanıb, "Milan" isə İtaliya kubokunun finalına yüksəlib.

İkinci yarımfinalda "Bolonya" "İnter"lə qarşılaşacaq. Qarşılaşma dekabrın 19-da, final isə dekabrın 22-də olacaq.

Ötən il "Milan" finalda "İnter"i 3:2 hesabı ilə məğlub edərək İtaliya Superkubokunu qazanıb.

Xəbər lenti