Ukraynanın Kiyev vilayətində bir qadın qısqanclıq zəminində ərini bıçaqlayaraq öldürüb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, Fastov Rayon Prokurorluğunun prosessual rəhbərliyi ilə 25 yaşlı sakinə qəsdən adam öldürmə faktı üzrə ittiham elan edilib.
İstintaqın məlumatına görə, Fastov rayonunun Berezanşçina kəndində yerləşən fərdi evdə şübhəli ilə onun əri arasında qısqanclıq zəminində mübahisə yaranıb. Münaqişə zamanı qadın 44 yaşlı kişini qarın nahiyəsindən bıçaqlayıb və aldığı xəsarət nəticəsində kişi hadisə yerində həyatını itirib.
Qeyd olunur ki, qadın ərini çox sevirmiş və qısqanclıqdan məlum hadisəni törədib.
Qadın Ukrayna Cinayət Prosessual Məcəlləsinin 208-ci maddəsinə əsasən saxlanılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 25 yaşlı qısqanc qadını 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Hadisələr qısqanc qadınlar Ukrayna ərini öldürdü