IMG-LOGO

Dövlət Departamenti CAR-da ABŞ-nin vəzifəli şəxslərinin saxlanıldığını bəyan edib

18 Dec 2025 21:30 4 baxış
IMG

Cənubi Afrika Respublikası (CAR) hökuməti ABŞ-nin vəzifəli şəxslərinin saxlanılmasında məsuliyyət daşıyanları cəzalandırılmalıdır, əks təqdirdə "ciddi nəticələr" olacaq.

"Report" xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub.

"ABŞ afrikanerlərə (Avropadan Afrikanın cənubuna köçən mühacirlərinin nəslindən olanlar - red.) humanitar yardım göstərmək vəzifələrini yerinə yetirən amerikalı rəsmilərin son saxlanılmasını qətiyyətlə pisləyir. Bundan əlavə, vəzifəli şəxslərin pasport məlumatlarının dərc olunması qəbuledilməzdir və təqib formasıdır", - məlumatda bildirilib.

Dövlət Departamenti bu addımı "CAR-da vəzifə öhdəliklərini yerinə yetirən ABŞ dövlət qulluqçularını qorxutmaq cəhdi" kimi qiymətləndirib.

"ABŞ öz dövlət qulluqçularına və ya xaricdə qanuni şəkildə işləyən hər hansı vətəndaşına qarşı belə hərəkətlərə dözməyəcək. Bu vəzifəli şəxslərin şəxsi məlumatlarının dərc edilməsi onları təhlükə altına qoyur. Biz CAR hökumətini bu vəziyyəti nəzarət altına almaq və təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırıq", - Dövlət Departamentindən əlavə ediblər.

Xəbər lenti