IMG-LOGO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə qarşı sanksiya tətbiq edib

18 Dec 2025 21:57 4 baxış
IMG

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iki hakiminə qarşı Fələstindəki vəziyyətin araşdırılması çərçivəsində İsrailin maraqlı ölkələrə yeni bildirişlə bağlı sorğusunu rədd etdikləri üçün sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubionun Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilib.

Məlum olub ki, sanksiyalar Gürcüstanın təmsilçisi Qoçi Lordkipanidze və Monqolustanın təmsilçisi Erdenebalsuren Damdinə qarşı tətbiq edilib. "Bu şəxslər BCM-in İsrail hakimiyyətinin razılığı olmadan bu ölkənin vətəndaşlarını araşdırmaq, həbs etmək, saxlamaq və məhkəməyə cəlb etmək cəhdləri, xüsusilə 15 dekabrda İsrailin apelyasiyasına qarşı BCM-in qərarını dəstəkləyən səsvermə ilə birbaşa əlaqədardırlar", - dövlət katibi bildirib.

Bəyanatda qeyd olunub ki, ABŞ BCM-in İsrailə qarşı hərəkətlərini siyasiləşdirilmiş və digər ölkələr üçün "təhlükəli presedent yaradan" kimi qiymətləndirib. Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyi 17 yanvar 2026-cı ilə qədər olan müddətdə sanksiyalara məruz qalmış iki BCM hakiminin iştirakı ilə bütün maliyyə əməliyyatlarının tamamlanması üçün lazım olan prosesə ümumi lisenziya verib.

Xəbər lenti