IMG-LOGO

Ukrayna və Belçika Rusiyanın dondurulmuş aktivlərinin istifadəsini müzakirə edib

18 Dec 2025 19:09 3 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski və Belçikanın Baş naziri Bart De Vever Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi mexanizmlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında yazıb.

"Belçikanın Baş naziri Bart De Veverlə birlikdə dondurulmuş Rusiya aktivlərinin istifadəsi mexanizmlərini müzakirə etdik. Mən Belçikanın bütün narahatlıqlarını başa düşürəm, lakin reparasiya krediti ilə bağlı qərar qəbul edilməlidir. Bu, ədalətli qərardır", - o qeyd edib.

Bundan başqa, tərəflər sülhə nail olmaq üçün Avropa və ABŞ arasında diplomatik səylərin koordinasiyası, Ukraynanın Avropa İttifaqına üzvlüyünün perspektivləri, onun enerji sisteminə və bərpasına dəstək məsələlərini müzakirə ediblər.

V.Zelenski müharibənin əvvəlindən Ukraynaya göstərdiyi dəstəyə görə Belçikaya təşəkkür edib, həmçinin ölkənin PURL təşəbbüsünə töhfəsini qeyd edib.

Xəbər lenti