Türkiyədəki Azərbaycan məktəbində uşaqların şiddətə məruz qaldığı ilə bağlı görüntülər yayılıb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə İstanbulun Bayrampaşa bölgəsində fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbdə qeydə alınıb.
Görüntülərdə Azərbaycan dilində danışan qadının uşaqlara çubuqla vurduğu görülür. Bildirilir ki, hadisə bir qədər əvvəl baş versə də, görüntülər yeni yayıldığı üçün həmin əməkdaş məsuliyyətə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr Türkiyə Azərbaycan məktəb şagird uşaq şiddətMənbə: lent.az