Goal.com saytı Qleyzerlər ailəsinin klubu idarə etdiyi dövrdə (2005-2024-cü illər) "Mançester Yunayted"in ən pis transferlərinin siyahısını tərtib edib.
Lent.az xəbər verir ki, 2023-cü ildə 48 milyon funt sterlinqə "İnter"ə keçən kamerunlu qapıçı Andre Onana birinci yerdədir.
Ermənistan millisinin keçmiş kapitanı və İtaliya çempionu "İnter"in yarımmüdafiəçisi Henrix Mxitaryanın 2016-cı ildə Dortmund "Borussiya"sından transferi 18-ci yerdədir.
1. Andre Onana (2023-cü ildə "İnter"dən 48 milyon funt sterlinqə)
2. Antoni (2022-ci ildə "Ayaks"dan 85 milyon funt sterlinqə)
3. Rasmus Heylund (2023-cü ildə "Atalanta"dan 72 milyon funt sterlinqə)
4. Aleksis Sançes (2018-ci ildə "Arsenal"dan Henrix Mxitaryanla əvəzlənib)
5. Anxel Di Mariya (2014-cü ildə "Real"dan 60 milyon funt sterlinqə)
6. Ceydon Sanço (2021-ci ildə Dortmund “Borussiya”sından 72 milyon funt sterlinqə);
7. Romelu Lukaku (2017-ci ildə “Everton”dan 75 milyon funt sterlinqə)
8. Pol Pogba (2016-cı ildə “Yuventus”dan 89 milyon funt sterlinqə)
9. Donni van de Bek (2020-ci ildə “Ayaks”dan 40 milyon funt sterlinqə)
10. Memfis Depay (2015-ci ildə PSV-dən 31 milyon funt sterlinqə)
İdman xəbərləriMənbə: lent.az