IMG-LOGO

Peskov: Rusiya ABŞ ilə Ukrayna üzrə sülh planının yeni versiyasını müzakirə etməyə hazırlaşır

18 Dec 2025 19:16 3 baxış
IMG

Rusiya ABŞ ilə təmaslar qurmağa hazırlaşır. Məqsəd ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə razılaşdırıldıqdan sonra sülh planının nə dərəcədə dəyişdiyini öyrənməkdir.

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, son iki həftə ərzində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun rəhbərliyi ilə nümayəndə heyəti Avropa ölkələri və Ukrayna arasında intensiv məsləhətləşmələr aparılıb. Ukrayna Prezidenti Volodimir Zelenski də bu prosesdə iştirak edib.

"Görək, bu tezislər toplusunda nə baş verib. Onun nə qədər dəyişdiyini anlamaq üçün biz hazırda amerikalılarla müvafiq təmasları hazırlayırıq", – Peskov vurğulayıb.

Xəbər lenti