IMG-LOGO

Zelenski: ABŞ ilə sülh planı üzrə danışıqlarda irəliləyiş var

18 Dec 2025 18:08 5 baxış
IMG

Ukrayna Birləşmiş Ştatlarla sülh planı üzrə danışıqlarda irəliləyiş əldə edir.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski Brüsseldə jurnalistlərə bildirib.

O hesab edir ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüşlərin tezliyi də danışıqlarda irəliləyişin göstəricisidir.

V.Zelenski Rusiyanın təcavüzünün təkrarlanacağı halda Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində ABŞ-nin hərəkət alqoritmi barədə ətraflı cavab ala bilmədiyini vurğulayıb.

Xəbər lenti