IMG-LOGO

Naxçıvanda qoca kişi arvadını bıçaqladı

18 Dec 2025 17:43 2 baxış
IMG
0 0

Naxçıvanda qəsdən adam öldürməyə cəhd faktına görə cinayət işi başlanıb.

Lent.az xəbər verir ki, dekabrın 17-də Sədərək rayonu Dəmirçi kənd sakini 62 yaşlı Aləmzər Abbasovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Sədərək rayonu Dəmirçi kənd sakini 68 yaşlı Zakir Abbasovun həyat yoldaşı Almazər Abbasovaya xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. 

Zakir Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Hadisələr

Xəbər lenti