Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus "Albalılıq Avtoparkı" MMC adını "Nəqliyyat Təlim Mərkəzi"nə dəyişib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Xatırladaq ki, "Albalılıq Avtoparkı" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 17,2 min manatdır.