IMG-LOGO

Şagirdlərin dərsdə telefon işlətməsi qadağan edildi

29 Jun 2026 17:26 7 baxış
IMG
0 0

Təhsilalanların dərs (məşğələ) müddətində mobil və elektron cihazlardan istifadə etməsi qadağan olunub.

Lent.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.

Qərara əsasən, təhsilalanlar müəssisənin ərazisində mobil və elektron cihazlardan yalnız zəruri hallarda (təbii fəlakət və digər fövqəladə hallar, sağlamlıq vəziyyəti ilə bağlı və s.) informasiya mübadiləsi üçün istifadə edə bilərlər.

Qeyd edək ki, qərarın icrasına nəzarət nazir müavini Həsən Həsənliyə tapşırılıb.

şagird telefon məktəb

Mənbə: lent.az

Xəbər lenti