Alla Puqaçova iki ürək əməliyyatı keçirib. Primadonna səhhətindəki problemlərə görə bütün çıxışlarını dayandırıb və müğənnilik karyerasına son qoyub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 76 yaşlı sənətçi altı ay əvvəl Avropa klinikalarından birində xəstəxanaya yerləşdirilib. Əməliyyatdan sonra bədəni artıq ağır iş yükünə tab gətirə bilmir. Nəfəs darlığı və sinə ağrısından əziyyət çəkir. Hər hansı bir konsertlə səhhətinin pisləşmə riski də artıb. Bu səbəbdən Puqaçova artıq həmişəki kimi oxuya bilmir.
Alla Tailandda 2 milyon dollarlıq konsertdən və 500.000 dollarlıq özəl tədbirdən imtina edib. Həkimlər ona sağlamlığına diqqət yetirməyi və təqaüdə çıxmağı məsləhət görüblər.
Məlumat üçün: Puqaçevanın ürək problemləri illər əvvəl başlayıb. O, illər ərzində, o cümlədən 2006, 2008 və 2010-cu illərdə ürək stentləmə əməliyyatları keçirib, həkimlər qan dövranını bərpa ediblər və stentlər quraşdırıblar.
Alla Puqaçova ürək əməliyyatıMənbə: lent.az