IMG-LOGO

Demet Akalın var-dövlətinin varisini açıqladı

29 Jun 2026 19:46 4 baxış
IMG
2 0

Türkiyəli müğənni Demet Akalın yaxın dostu Fatih Ürekin vəfatından sonra gündəmə gələn miras müzakirələrinə münasibət bildirib.

Lent.az xəbər verir ki, sənətçi açıqlaması zamanı öz vəsiyyəti ilə bağlı da danışaraq, bütün var-dövlətinin qızı Hiraya qalacağını deyib.

Fatih Ürekin bacısı Selvi Ürekin mərhum sənətçinin geyimləri, ayaqqabıları və digər şəxsi əşyalarının satılacağını açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bu açıqlamalara münasibət bildirən Demet Akalın Selvi Üreki tənqid edib.

"Əgər sənə nəsə qalmasını istəsəydi, sağlığında özü verərdi. Kaş ki, vəsiyyət yaza bilsəydi", – müğənni bildirib.

Ardınca isə Demet Akalın öz mirası ilə bağlı qərarını açıqlayıb. "Sağlığımda kimə nə vermək istəsəm, özüm verərəm. Qalan hər şey qızım Hiranındır. Bunu da mənim yazılı vəsiyyətim hesab edin", – o vurğulayıb.

Demet Akalının bu sözləri qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Demet Akalıln vəsiyyət

Mənbə: lent.az

Xəbər lenti