IMG-LOGO

FHN-in İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir

18 Dec 2025 16:48 4 baxış
IMG
0 0

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

FHN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, tədbirdə il ərzində komandaları idman yarışlarında fəal iştirak etmiş və mükafat qazanmış nazirliyin struktur bölmələrinin rəhbərləri və beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən dünya, Avropa çempionatlarında və Gənclər və İdman Nazirliyinin dövlət qurumlarının əməkdaşları arasında keçirdiyi idman yarışlarında yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar və media nümayəndələri iştirak ediblər.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev tədbirdə çıxış edərək 2025-cü ildə Nazirliyin əməkdaşlarının idman sahəsində qazandıqları uğurlar barədə məlumat verib.

Sonra FHN-in 2025-ci ildə keçirilmiş idman tədbirlərində komandaları yüksək nəticələr göstərmiş qurumları İdman-sağlamlıq klubunun təsis etdiyi müvafiq dərəcəli kuboklarla, Gənclər və İdman Nazirliyinin dövlət qurumlarının əməkdaşları arasında keçirdiyi idman yarışlarında, habelə beynəlxalq miqyaslı yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin, əldə olunan yüksək nəticələrə görə bir sıra strukturların rəhbər şəxslərinə xatirə hədiyyəsi təqdim edilib.

Tədbirdə FHN-in il ərzində keçirdiyi idman yarışlarının işıqlandırılmasında göstərdikləri peşəkarlığa görə media nümayəndələri də təltif olunublar.

 

 

Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubu

Xəbər lenti