Quba rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, Quba-Xaçmaz marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu rayon mərkəzində 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızını vurub.
O, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qəza zamanı qadının yanında olan azyaşlı övladı xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.