IMG-LOGO

Rəşad Nəbiyev Naxçıvanda vətəndaşları qəbul edib

18 Dec 2025 17:00 5 baxış
IMG

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Naxçıvanda Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarının və Naxçıvan şəhərinin sakinləri ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi", - deyə o, qeyd edib.

Xəbər lenti