Mədəniyyət naziri Adil Kərimli Xalq şairi Nəriman Həsənzadəni xəstəxanada ziyarət edib.
Bu barədə Lent.az-a Xalq şairinin köməkçisi Arif Mehmandost məlumat verib.
O bildirib ki, Nəriman Həsənzadə artıq palataya köçürülüb:
"Nəriman müəllimin vəziyyəti nisbətən yaxşıdır. Müalicəsi davam etdirilir".
Qeyd edək ki, Nəriman Həsənzadə iki aydan çoxdur ki, Mərkəzi Klinik Xəstəxanada stasionar müalicə alır. Vəziyyəti ağır stabil olaraq qalır.
Nəriman Həsənzadə Nəriman Həsənzadənin son durumu mədəniyyət naziri Adil Kərimli