Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə "056" avto salonunun sahibləri, 14 nəfərə qarşı bir milyon manatlıq dələduzluq edən Fərid Cəlalov və Kamil Habillinin cinayət işi üzrə məhkəmədə hökm oxunub.
Lent.az xəbər verir ki, məhkəmə Kamil Habillinin və Fərid Cəlalovun 7 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı hər iki təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, cinayət işi üzrə 14 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və onlara ümumilikdə təxminən 1 milyon manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilib. İstintaq materiallarına əsasən, Kamil Habilli və Fərid Cəlalova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) ilə ittiham irəli sürülüb.
Hadisələr