IMG-LOGO

Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı

18 Dec 2025 15:56 5 baxış
IMG
0 0

Qubada sərnişin avtobusu ana və övladını vurub.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Xəbər lenti