Rusiyaya qarşı sanksiya siyahısını yeniləyən Böyük Britaniya bu ölkənin bir sıra neft-qaz şirkətlərini də ora daxil edib.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Britaniya hökumətinin sənədinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, "Tatneft", "Russneft", "NNK-Oil" və "Rusneftegaz" şirkətləri sanksiyalara məruz qalıb.
Bundan əlavə, sanksiya siyahısına "Redwood Global Supply" və "Tejarinaft" treydinq şirkətləri də daxil edilib.