IMG-LOGO

Aİ Rusiyanın "kölgə donanması"nın 41 gəmisinə qarşı sanksiya tətbiq edib

18 Dec 2025 15:42 6 baxış
IMG

Bu gün Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın neft tankerlərinin "kölgə donanması"na daxil olan və Rusiyaya enerji daşıyıcılarından gəlir gətirən daha 41 gəmiyə qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat üçün məlumatında bildirilir.

Məlumata görə, bu gəmilər limanlara giriş və dəniz daşımalarına aid geniş xidmətlər göstərilməsi qadağasının şamil olunduğu siyahıya daxil ediləcək.

Qeyd olunub ki, bu tədbirlər "neft qiymətlərinə məhdudiyyət mexanizmindən yayınan və ya Rusiyanın enerji sektorunu dəstəkləyən" tankerlərə qarşı yönəlib. Sanksiyalar həmçinin Rusiya üçün hərbi texnikalar daşıyan və ya Ukraynadan çıxarılmış taxıl və mədəni sərvətlərin daşınmasında iştirak edən gəmilərə də şamil edilir.

Qəbul edilmiş qərarın nəticəsinə əsasən, Aİ-nin məhdudlaşdırdığı gəmilərin ümumi sayı 600-ə yaxınlaşıb. Avropa İttifaqı Rusiyaya və onun "kölgə donanması"na təzyiqi daha da gücləndirməyə, o cümlədən əlavə sanksiyalar tətbiq etməyə hazır olduğunu vurğulayıb.

Xəbər lenti