Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,97 milyon ABŞ dolları dəyərində 310,33 ton qoyun əti idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 55 % çoxdur.
Hesabat dövründə Azərbaycan Monqolustandan 979,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % çox) 244,7 ton (+23 %), Somalidən 960 min ABŞ dolları dəyərində 46,5 ton, Rusiyadan 19,9 min ABŞ dolları dəyərində (+1 990 dəfə) 19 ton (+1 900 dəfə), Yeni Zelandiyadan 5,23 min ABŞ dolları dəyərində (-55 %) 0,16 ton (-65 %) və Avstraliyadan 0,53 min ABŞ dolları dəyərində (-68 %) 0,03 ton (-50 %) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Somalidən tədarük həyata keçirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 453 ton qoyun ətinin 99,3 %-i Monqolustanın payına düşüb.