IMG-LOGO

Şabranda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

31.12.2023 02:34 98 baxış
IMG

Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Şabran-Surra avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə 1980-cı il təvəllüdlü Quliyev Zahir Tahir oğlu, 1996-cı il təvəllüdlü Cəfərov Fəqan Dünyamalı oğlu və 1996-cı il təvəllüdlü Qafarov Əmrah Əlipaşa oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərilib və müalicə üçün Bakıya göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti