IMG-LOGO

Orban Ukraynanın maliyyələşdirilməsinə qarşı çıxıb

18 Dec 2025 14:00 5 baxış
IMG

Aİ (Avropa İttifaqı) üzvləri arasında dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya reparasiya krediti verilməsi qərarını bloklamaq istəyən ölkələr var.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə jurnalistlərə Macarıstan Baş naziri Viktor Orban deyib.

O bildirib ki, buna görə də məsələ gündəlikdən çıxarılıb.

"Məsələ hələ də müzakirə oluna bilər, lakin əksəriyyətin səs verəcəyinə heç bir şans yoxdur. Bəlkə də hələ "pərdəarxası döyüşlər" olacaq, amma düşünürəm ki, hər şey bitib", - deyə V.Orban bildirib.

Orbanın sözlərinə görə, Rusiya və Ukrayna bir-biriləri ilə müharibədir:

"Aİ isə tərəflərdən birinin əmlakını götürüb digərinə vermək istəyir. Bu, müharibə elanından başqa bir şey deyil".

Viktor Orban ümumiyyətlə Ukraynanın maliyyələşdirilməsinin əleyhinə olduğunu deyib, çünki bu, müharibənin maliyyələşdirilməsi mənasına gəlir. Onun fikrincə, Aİ buna müdaxilə etməməli və sülhə yönəlməlidir.

Xəbər lenti