Türk dünyasının dezinformasiya ilə mübarizəsi kimliyin qorunmasına yönəlmiş mücadilədir.
"Report"un Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Şimali Kiprin xarici işlər naziri Tahsin Ertuğruloğlu Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türk dünyası üçün media və informasiya abstrakt anlayışlar deyil:
"Bu anlayışlar kollektiv yaddaşımızın, varlıq mübarizəmizin və qanuni hüquqlarımızın ayrılmaz tərkib hissəsidir. Media suverenliyimizin və kimliyimizin birbaşa müdafiə olunduğu strateji müstəvidir".