Bakı Beynəlxalq Dəniz Limanında bu ilin sonuna qədər ümumi yükaşırma göstəricisinin 8 milyon tona çatacağı gözlənilir.
"Report" xəbər verir ki, bunu Bakı limanının direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, gələcək illər üçün hədəflər daha böyükdür:
"Limanın texniki potensialı, maddi-texniki bazası və peşəkar heyəti daha yüksək nailiyyətlər əldə etməyə imkan verir. Ötən il konteyner aşırılması 76 min TEU ətrafında idisə, bu il bu rəqəmin 100 mini keçərək 104-105 min TEU-ya çatması gözlənilir. Bu, ötən illə müqayisədə təxminən 40 % artım deməkdir".