IMG-LOGO

Komitə rəsmisi: Müəyyən videolarda uşaqların üzünün göstərilməsi qadağan edilə bilər

18 Dec 2025 12:45 2 baxış
IMG

Azərbaycanda gələcəkdə cinayət hadisələri ilə bağlı, reklam xarakterli məhsullarda və digər bu kimi hallar zamanı uşaqların üzünün göstərilməməsi üçün qanunvericiliyə dəyişiklik məqsədilə layihə hazırlana bilər.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi "Uşaqların zərərli informasiyadan qorunması" mövzusunda keçirilən brifinq zamanı komitənin nümayəndəsi Seymur Məmmədli deyib.

O bildirib ki, müxtəlif reklam xarakterli, eləcə də digər məsələrlə bağlı videolarda uşaqların üzünün göstərilməsinin qadağan olunması üçün hazırda konkret qanun yoxdur:

"Amma Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulub ki, cinayət hadisələri ilə bağlı məsələlərdə uşaqarın üzlərini göstərəndə valideyndən icazə alınmalıdır. Hər hansı bir satış məqsədi ilə uşaqdan istifadə edilməsi zamanı ola bilər ki, zərərli vasitələrdən istifadə olunmasın. Amma hər halda uşaqlardan bu məqsədlə istifadə edilməsi yol verilməzdir".

Xəbər lenti