ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ona Rusiyanın Xabarovsk diyarından qırmızı kürü qutusu aparıb.
"Report"un məlumatına görə, bu barədə regionun sənaye və ticarət nazirliyi öz teleqram kanalında bildirib.
Məlumatda qeyd olunub ki, S.Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan əvvəl Moskvanın "Savva" restoranında nahar zamanı kürünü dadıb.
"Təam onda o qədər böyük təəssürat yaradıb ki, xüsusi elçiyə bir qutu kürü hədiyyə edilib. Stiv Uitkoff qutunu Donald Trampa aparıb", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Stiv Uitkoff və Vladimir Putin arasında görüş dekabrın 3-də baş tutub.