IMG-LOGO

Elnur Əliyev: "11 ayda sənaye istehsalının 70%-dən çoxu özəl sektorun payına düşüb"

18 Dec 2025 11:39 3 baxış
IMG

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sənaye istehsalının 70 %-dən çoxu özəl sektorun payına düşüb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev "Dayaq" mükafatının təqdim olunması mərasimində bildirib.

"Xüsusilə sənayenin inkişafı ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması baxımından prioritetdir", - deyə o qeyd edib.

Bundan başqa, nazir müavini deyib ki, ölkəmizdə inklüziv sahibkarlığın inkişafı, qadınların biznes təşəbbüslərinin reallaşdırılmasına şərait yaradılıb: "Bunun nəticəsidir ki, bu ilin 9 ayında qadın sahibkarlarımızın sayı artaraq 339 minə yaxınlaşıb".

Xəbər lenti