IMG-LOGO

Azərbaycan sahibkarları indiyə qədər 616 investisiya təşviqi sənədi alıblar

18 Dec 2025 11:41 4 baxış
IMG

Bu il dekabrın 1-nə qədər Azərbaycan sahibkarlarına 616 investisiya təşviqi sənədi verilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev "Dayaq" mükafatının təqdim olunması mərasimində bildirib.

Onun sözlərinə görə, həmin investisiya təşviq verilmiş layihələrin icrası nəticəsində yerli istehsala 7,4 milyard manatlıq investisiyanın yatırılması nəzərdə tutulub.

Nazir müavini xatırladıb ki, bu ilin yanvar-noyabr aylarında "​Azərbaycan Biznesin İnkişafı Fondu" ASC (ABİF) 5 800-dən artıq investisiya layihəsinə 340 milyon manatdan çox güzəştli kredit verib: "ABİF həmçinin rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə də ixrac və idxalın əvəzlənməsinə yönəlmiş layihələrdə iştirak edir. Son 5 il ərzində bu qurum vasitəsilə vəsaitlərin yatırıldığı layihələrin ümumi dəyəri təxminən 1,8 milyard manat olub".

Xəbər lenti