IMG-LOGO

Ömər Kocaman: Forum türk dövlətlərinin dezinformasiya ilə mübarizədə əməkdaşlığını gücləndirəcək

18 Dec 2025 11:46 3 baxış
IMG

Bugünkü forum türk dövlətlərinin dezinformasiyaya qarşı mübarizədə əməkdaşlığını gücləndirəcək.

"Report"un Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibinin müavini Ömər Kocaman Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bugünkü tədbir təxminən bir ay əvvəl Bakıda keçirilmiş TDT-nin media və informasiya məsələlərinə cavabdeh nazirləri və yüksəksəviyyəli rəsmilərinin VII iclasının nəticəsidir:

"Forum keçmişdən bu günə media sahəsində davam edən fəaliyyətlərimizin bir davamı, ortaq öhdəliklərimizin konkret addımlara çevrilməsi istiqamətində atılmış bir addımdır. Burada aparacağımız müzakirələrin türk dövlətlərinin dezinformasiya ilə mübarizədə əməkdaşlığı daha da gücləndirəcəyinə, eyni zamanda, media savadlılığı, informasiya təhlükəsizliyi və rəqəmsal kommunikasiya kimi sahələrdə ortaq fəaliyyətlərə töhfə verəcəyinə inanıram".

Xəbər lenti