Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda özünüməşğulluq proqramına 16,5 min nəfər cəlb olunub.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dayaq" mükafatının təqdim olunması mərasimində bildirib.
"Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfat yaratmaq üçün aktivlər verilir. 8,7 min nəfər kənd təsərrüfatı üzrə, 7,8 min nəfər istehsal və xidmət üzrə proqrama cəlb edilib. Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Məşğulluğa dəstək" layihəsi də uğurla icra olunur. Layihənin birinci fazasında 26 min nəfər aktivlərlə təmin edilib, 2026-2029-cu illəri əhatə edəcək ikinci faza üzrə isə daha 30 min benefisiara dəstək göstəriləcək", - deyə o qeyd edib.