Tovuzda bir ailə qazdan zəhərlənib.
Lent.az-ın məlumatına görə, hadisə Qovlar kəndində qeydə alınıb.
Kənd sakinləri 40 yaşlı Qaroğlan Allahverdi oğlu Zeynalov, arvadı 28 yaşlı Aygül Şəmil qızı Həsənova, övladları 7 yaşlı İsmayıl və Adilə yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri qənaətbəxşdir.
Araşdırma aparılır.
Hadisələr