IMG-LOGO

Kamboca ilə sərhəddəki döyüşlərdə həlak olan Tailand hərbçilərinin sayı 19-a çatıb

17 Dec 2025 08:07 4 baxış
IMG

Kamboca ilə sərhəd münaqişəsi zamanı həlak olan Tailand hərbçilərinin sayı 17-dən 19-a yüksəlib.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Tailand Quru Qoşunlarının ikinci hərbi dairəsi məlumat yayıb.

"Ta Kvay bölgəsində və 350-ci yüksəklikdə toqquşmalar baş verir. Döyüşlər nəticəsində iki hərbçimiz həlak olub", - deyə 16 dekabrın yekunlarına dair məlumatda bildirilib. Daha əvvəl məlum olmuşdu ki, Tailand qoşunları Surin əyalətindəki qədim Ta Kvay məbəd kompleksini Kamboca qüvvələrindən təmizləyərək nəzarəti ələ keçirib.

Atıcı silahlardan istifadə edilməklə baş verən toqquşmalar dekabrın 7-də alovlanıb. Tailand Quru Qoşunları dekabrın 8-də Kamboca qoşunlarının sərhədyanı zonadakı mövqelərini artilleriya atəşinə tutduğunu bildirib. Cavab olaraq Tailand HHQ Kambocanın hərbi infrastrukturuna hücum edib. Kamboca bu münaqişə zamanı öz itkiləri barədə məlumat verməsə də, Tailand tərəfinin məlumatına görə, toqquşmalar nəticəsində 200-dən çox Kamboca hərbçisi həlak olub. Kambocanın informasiya naziri Net Pheaktra isə daha əvvəl 15 mülki şəxsin həlak olduğunu bəyan etmişdi.

Xəbər lenti