IMG-LOGO

Yevlaxda maşın kanala düşdü, ölən var

30 Dec 2023 08:46 150 baxış
IMG

Yevlax şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Niva” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşüb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mənbə: lent.az

Xəbər lenti