IMG-LOGO

Merts Ukrayna ilə bağlı danışıqların təfərrüatlarını açıqlayıb

17 Dec 2025 07:42 4 baxış
IMG

Almaniya Kansleri Fridrix Merts Ukrayna ilə bağlı danışıqların təfərrüatlarını açıqlayıb.

"Report"un məlumatına görə, kansler bu barədə ZDF telekanalının efirində danışıb.

Onun sözlərinə görə, tərəflər, həqiqətən də, Ukraynanın şərqində "demilitarizasiya olunmuş zona"nın yaradılması məsələsini müzakirə edirlər.

"Hazırda ABŞ, Rusiya, Ukrayna və Avropa arasında həmçinin demilitarizasiya olunmuş zona barədə danışıqlar aparılır", - deyə Merts bildirib.

Siyasətçi belə bir zonanın yaradılmasını dəstəkləyib. Onun fikrincə, bu, münaqişə tərəflərini bir-birindən uzaqlaşdırmağa imkan verəcək. O həmçinin vurğulayıb ki, "demilitarizasiya olunmuş zona"nın yaradılması "xüsusi iqtisadi zona"nın tətbiqi demək deyil.

"Yenə deyirəm, bunların hamısı gələcək planlardır. Biz hələ ora çatmamışıq", - deyə Merts izah edib.

Xəbər lenti