IMG-LOGO

"OpenAI" şirkəti "ChatGPT Images" təsvir yaratma modelini təqdim edib

17 Dec 2025 04:56 8 baxış
IMG

Amerikanın "OpenAI" şirkəti süni intellekt texnologiyalarının köməyi ilə təsvirlər yaratmaq üçün "ChatGPT Images" modelini istifadəyə verib.

"Report"un məlumatına görə, bu barədə şirkətin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Yeni flaqman təsvir yaratma modelimizə əsaslanan "ChatGPT Images"i təqdim edirik", - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, yeni model sorğulara daha dəqiq əməl etmə, təkmilləşdirilmiş redaktə funksiyası və detalların qorunub saxlanılması xüsusiyyətlərinə malikdir, həmçinin əvvəlkindən dörd dəfə daha sürətli işləyir. "ChatGPT Images" bütün "ChatGPT" çatbot istifadəçiləri üçün əlçatan olacaq.

Xəbər lenti