IMG-LOGO

"Bloomberg": ABŞ Avropa İttifaqını İT şirkətlərinə tətbiq edilən vergilərə görə qisasla hədələyib

17 Dec 2025 03:42 9 baxış
IMG

ABŞ Avropa İttifaqını (Aİ) Brüsselin Amerika İT şirkətlərinə vergi tətbiq etmək planlarına görə qisas almaqla hədələyib.

Bu barədə "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Mübahisəyə səbəb Aİ-nin "Google", "Apple", "Meta", "X" və "Amazon" şirkətlərinə qarşı yönəlmiş tənzimləmələridir.

İddia olunur ki, əgər Brüssel bu "diskriminasiya siyasətini" davam etdirərsə, ABŞ aralarında "Siemens", "Spotify", "DHL", "SAP" və digər təşkilatların da olduğu iri Avropa şirkətlərinə qarşı rüsumlar tətbiq edəcək.

"ABŞ-nin bu əsassız tədbirlərə qarşı mübarizə aparmaq üçün bütün mövcud alətlərdən istifadə etməkdən başqa seçimi qalmayacaq. ABŞ qanunvericiliyi digər məsələlərlə yanaşı, xarici xidmətlərə rüsum və məhdudiyyətlər qoyulmasına icazə verir", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, dekabrın əvvəlində Avropa Komissiyası Aİ-nin rəqəmsal xidmətlər haqqında qanununa uyğun olaraq şəffaflığın təmin edilməsi qaydalarını pozduğuna görə "X" sosial şəbəkəsinə 120 milyon avro məbləğində cərimə tətbiq edib.

Xəbər lenti