ABŞ Prezidenti Donald Tramp gözlənilən xalqa müraciəti zamanı dövlət başçısı kimi əldə etdiyi nailiyyətlərdən danışacaq.
"Report"un məlumatına görə, onun müraciətinin mövzusunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt "Fox News" telekanalına verdiyi müsahibədə açıqlayıb.
"Prezident Tramp qarşıda bizi nələrin gözlədiyindən danışacaq. O, tez-tez deyir ki, ən yaxşısı hələ qabaqdadır. Buna görə də ölkəyə müraciət edərək ötən il ərzində bütün tarixi nailiyyətlərini açıqlayacaq", – deyə Levit bildirib.
O əlavə edib ki, Amerika lideri həmçinin 2026-cı ildə hazırlanacaq təşəbbüslər barədə də danışa bilər.