IMG-LOGO

MOAİ: Arktikada havanın temperaturu rekord göstəricilərə çatıb

17 Dec 2025 00:46 4 baxış
IMG

2024‑cü ilin oktyabrından 2025‑ci ilin sentyabrınadək Arktikada havanın temperaturu 1900‑cü ildən bəri ən yüksək göstəriciyə çatıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Milli Okean və Atmosfer İdarəsi (MOAİ) məlumat yayıb.

Qurumun məlumatına görə, hava və suyun temperaturunun artması buzlaqların əriməsinə və Arktika landşaftının dəyişməsinə səbəb olub. Bununla bağlı dəniz səviyyəsinin qalxması sürüşmə və sunami risklərini artırır.

Bundan əlavə, buzlaqlardan ayrılan dəmir və digər elementlər Arktika sularını çirkləndirir. MOAİ qeyd edir ki, Çukot və Berinq dənizlərində yaşayan bəzi fauna növləri təhlükə altında qala bilər.

Hesabatda həmçinin vurğulanır ki, son onillik Arktika üçün müşahidələrin tarixində ən isti dövr olub.

Xəbər lenti