Ukrayna ərazisində olan 15 Rusiya vətəndaşından ibarət qrup Belarusda ailələrinə təhvil verilib.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bu şəxslərin təhvil verilməsi proseduru Belarus-Ukrayna sərhədində Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovanın iştirakı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub.