IMG-LOGO

İkardidən sürpriz evlilik təklifi

18.11.2023 15:41 35 baxış
IMG

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi ilə Vanda Naranın yenidən evlənəcəkləri üzə çıxıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Vanda Nara argentinalı futbolçunun yenidən ona evlilik təklifi etdiyini açıqlayıb:

"Birlikdə keçirdiyimiz bütün illərdən sonra Mauro mənə evlilik təklifi etdi. Təklif yenidir, hələ heç nə planlaşdırmamışıq. Güman edirəm ki, bu arzumuzu həyata keçirə bilsək, toyumuz Argentinada olacaq”.

Qeyd edək ki, cütlük 2014-cü ildə ailə qurub. Cütlük ötən il boşanıb. İki qızı olan Nara-İkardi cütlüyü ötən il ayrılmaq iddiaları ilə gündəmə gəliblər.

Xatırladaq ki, Vanda Naranın məşhur futbolçu Maksi Lopezlə evliliyindən də üç övladı var.

Xəbər lenti