IMG-LOGO

Ağdamda DƏHŞƏT: ata və azyaşlı övladı su anbarında boğuldu

04 Jul 2026 15:49 2 baxış
IMG
3 0

Ağdamda bədbəxt hadisə baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.

İlkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə su anbarında çimərkən batıb. Uşaqlardan birinin həyatını xilas etmək mümkün olsa da, ata və digər azyaşlı övladının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(APA)

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti