IMG-LOGO

Masazırda "Ford" yandı - VİDEO

04 Jul 2026 14:33 2 baxış
IMG
1 0

Abşeron rayonunda avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, “112” qaynar telefon xəttinə rasyonun Masazır qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə cəlb olunan yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Xəsarət alan olmayıb.

Avtomobilin digər hissələri yanğından mühafizə olunub.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti