IMG-LOGO

Zaqataladakı qəzada yaralananların kimliyi məlum oldu-YENİLƏNİB

03 Jul 2026 23:11 2 baxış
IMG
2 2

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, yaralananlardan üçü, o cümlədən bir azyaşlı eyni ailənin üzvləridir.

Xəsarət alanlar “VAZ-2106” markalı avtomobilin sürücüsü, Zaqatala rayonunun Çobankol kənd sakini, 1984-cü il təvəllüdlü Fuad Akif oğlu Məmmədov, onun 2020-ci il təvəllüdlü azyaşlı övladı Yağmur Məmmədova, anası, 1959-cu il təvəllüdlü Ağsurə Məhəmməd qızı Məmmədova, həmçinin “KIA” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Əli Ərəstun oğlu Muxtarovdur.

Yaralıların müalicəsi Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunda davam etdirilir.

*** 20:56 Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.

İlkin məlumata görə, "KIA" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilib ki, xəsarət alanlardan biri Bakı şəhər sakini, digər üç nəfər isə Zaqatala rayon sakinidir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hazırda onlara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

zaqatala qəza

Mənbə: lent.az

Xəbər lenti